Aydın Hüseynov: “Yeni və yüksək texnolofiyalar hazırlanacaq”

Aydın Hüseynov: “Yeni və yüksək texnolofiyalar hazırlanacaq”

"2014-cü ildə sənaye müəssisələrinin sağlamlaşdırılması, sənayeləşmə siyasətinə uyğun olaraq alternativ enerji qurğu və avadanlığının istehsalı üzrə yeni müəssisələrin istifadəyə verilməsi, Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi, regionlarda sənaye parklarının yaradılması və digər tədbirlər nəzərdə tutulur". Bu barədə SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, YAP İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov ölkədə yürüdülən uğurlu maliyyə siyasətinin "Sənaye ili"nə hansı üstünlükləri verəcəyi ilə bağlı münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı, uğurlu siyasi tandem eyni zamanda dövlət sənaye texnoparkları ilə yanaşı, İKT sənayesinin yeni modeli hesab edilən Yüksək Texnologiyalar Parkının (YTP) yaradılması işlərinə də diqqəti yönəldəcək: "Texnopark və YTP-lərin yaradılması ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi daşıyır".

Park üçün zəruri infrastrukturun formalaşdırılmasının, maddi-texniki bazasının və idarəetmə qurumlarının yaradılmasının yaxın zamanlarda yekunlaşacağını deyən Aydın Hüseynov həmçinin bildirib ki, bu ərazidə informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılacaq, yeni və yüksək texnologiyalar hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə