"Azərbaycanda genetik modifkasiya olunmuş orqanizmlərin yayılmasının tərəfdarları var". SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov belə deyib.
Onun sözlərinə görə, bir GMO-nun yetişdirilməsi üçün 30 milyon dollar vəsait tələb olunur: "Prosesin baha başa gəlməsinə baxmayaraq bir sıra xarici ölkə firmaları bu üsuldan istifadə edir, külli miqdarda pul qazanırlar. Qanunla GMO məhsulların Azərbaycana gətirilməsi qadağan olunub. Çox ciddi cərimələrin də nəzər tutulmasına baxmayaraq GMO məhsulların ölkəmizə idxalı davam edir".
GMO məhsullarının əlamətləri barədə məlumat verən ekspert deyib ki, bu məhsullar normal şəraitdə və geni dəyişdirilmədən yetişdirilən məhsullardan rənginə, formasına, həcminə görə kəskin fərqlənir: "Bir çox yerlərdə satılan kartof və pomidor məhsulları genetik modifkasiyaya uğrayıblar. Bu kimi pomidorların toxumu olmur, olduqda isə onlar yenidən məhsul vermir. Geni dəyişdirilmiş kartofların isə içi həddindən artıq sarı rəngdə olur. Eyni zamanda hər iki GMO məhsulu həcmcə böyük və zədəsiz olur. Quraqlıq ərazidə daha çox məhsul əldə etmək məqsədilə tərkibinə əqrəb geni köçürülmüş taxıl bitkilərindən istifadə olunur. Meyvələrdən isə alma, apelsin, banan daha çox GMO təsirinə məruz qalan məhsullardır. Təəssüflər olsun ki, bu kimi məhsullar təbiətin biomüxtəlifliyini pozurlar. Ekolji təmizlik haqqında 2008-ci ildə qəbul olunmuş qanuna əsasən tərkibində GMO olan mallar markalanmalıdır. Lakin bu günə qədər hələ də həmin qanuna riayət olunmayıb, belə ki, GMO məhsullar markalanır və bu da istehlakçıların seçim hüququnu pozur".
Bu məhsulların insanlara göstərdiyi mənfi nəticələrə gəlincə Eyyub Hüseynov bildirib ki, GMO məhsulları insan orqanizmində allergik reaksiyalara, kişilərdə isə sonsuzluq riskinin artmasına səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB