Ötən ay BTC vasitəsilə 2 millyon 214 min 335 ton Azərbaycan nefti nəql olunub
Cari ilin fevral ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 214 min 335 ton Azərbaycan nefti nəql olunub.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il mart ayının 1-ə qədər BTC-yə 239 milyon 934 min 285 ton neft vurulub. Bundan başqa, fevral ayında BTC kəməri ilə 200 min 250 ton Türkmənistan nefti, 251 min 87 ton isə Qazaxıstan nefti nəql olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB