Hacıqabul -Kürdəmir yolunda genişləndirmə işləri bu il başa çatacaq
Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsində tikinti işləri aparılır. Bu barədə SİA-ya "Azeryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, ümumi uzunluğu 80 km təşkil edən mövcud yol ikinci texniki dərəcəli olduğundan hazırda birinci texniki dərəcəyə uyğun dördzolaqlı yol tikilir: "Layihə üzrə 5 yol qovşağı, 1 körpü, təxminən 160-a yaxın müxtəlif diametrli borular, eləcə də 15 ədəd alt (heyvanlar üçün nəzərdə tutulan körpü) keçidi olacaq. Artıq suötürücü boruların, alt keçidlərin tikintisi başa çatdırılıb. Torpaq işlərinin isə 95 faizi , asfalt işlərinin isə 65 faizi yerinə yetirilib. Yolun körpü hissəsində işlər başa çatıb. Hazırda yanaşma yolları üzərində iş gedir. Hacıqabul-Kürdəmir yolunda genişlənmə işlərinin bu il ərzində yekunlaşması nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB