Nazirlik sahibkarları və işgüzar dairələri sərgidə iştiraka dəvət edir
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İqtisadi Əməkdaşlıq Təşkilatı halal məhsulların sərgisini keçirəcək. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sərgi bu ilin dekabrın 8-10-da BƏƏ-nin Şarja şəhərində baş tutacaq. Sərgidə sənaye, qida, əczaçılıq, parfümeriya, informasiya texnologiyaları və xidmət sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur.
Sərgidə iştirak və ya şirkətini təmsil etmək istəyənlər İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB