44 istehlakçı elektrik enerjisindən istifadə qaydalarını pozub
Son üç ay ərzində "Siyəzən Elektrik Şəbəkəsi"nin balans mənsubiyyətinə aid olan rayon mərkəzində, Gənclik, Gil-gil çay, Su qəsəbələrində, Ağbaş, Məşrif, Zarat və digər kəndlərdə olan ümumi gücü 2,8 MVA-dan artıq təşkil edən 8 komplekt transformator məntəqəsində (KTM) və 7 TM-də müxtəlif təyinatlı təmir işləri aparılıb. "Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, eyni zamanda 16 transformator da təmir olunaraq normal iş rejiminə gətirilib. 10, 6 və 0,4 kV-lik hava EVX-lərin (HEVX) ümumilikdə 15 kilometrə yaxın hissəsində əsaslı və cari təmir işləri aparılmış, 10-dan artıq dayaq yenisi ilə əvəz edilib, 40-dan artıq dayaq isə düzləndirilib. Həmçinin eyni gərginlikli xətlərin ümumilikdə 8 km-dən artıq hissəsi dəyişdirilib. Bütün bunlarla yanaşı sözügedən dövrdə 13 km-dən artıq sallaq naqil dartılıb, 5 km-dən artıq məsafədə isə xəttin trassası yaşıl kütlədən təmizlənib.
Cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində keçirilən reydlər zamanı 44 istehlakçının (bunun 42-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılan və 73,3 min kilovatsaata yaxın (bunun 68,8 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilən elektrik enerjisinin 4,4 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin 15 faizə yaxın hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Cari ilin yanvar ayında müəssisə üzrə ümumilikdə 10 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 210 min kilovatsaat çoxdur. Ümumi ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizə yaxın artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 4,3 milyon kilovatsaata yaxın olub ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 11 min kilovatsaat azdır. Ödəniş isə ötən ilin eyni dövründəki göstəricidən mütləq 4,9 faiz çoxdur. 2013-cü il ərzində isə ümumi istehlak 93,1 milyon kilovatsaatdan artıq olub. Nəticədə 2012-ci illə müqayisədə ümumi istehlak 2,1 milyon kilovatsaata yaxın, ödəniş isə 0,4% mütləq artıb. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon kilovatsaatdan çox artaraq 32,5 milyon kilovatsaata yaxın olub. Ödənişdə mütləq atım isə 12 faizdən çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB