1 yanvar 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 4,753,2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 8,2 faiz təşkil edib və bir çox inkişaf edən və inkişaf etməkdə olan ölkələri bu sahədə də qabaqlayıb.
Maliyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, (bu nisbət Türkiyədə 36 faiz, Rusiyada 14,1 faiz, Gürcüstanda 32,9 faiz, Macarıstanda 79,8 faiz, Slovakiyada 34,3 faiz, Çexiyada 40,2 faiz olub).
Kredit vəsaitlərinin 8,1%-i 10 ilə qədər, 43,6%-i 10 ildən 20 ilə qədər, 48,3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub. 1 yanvar 2014-cü il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi isə belə olub. XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 11,7 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 47,1 faiz, avro – 28,8 faiz, yapon yeni – 9,5 faiz, digər valyutalar üzrə isə 2,9 faiz, o cümlədən BƏƏ dirhəmi, İslam dinarı, Səudiyyə rialı, Küveyt dinarı və İsveçrə frankı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB