Dövlət orqanlarının, təşkilatların, bələdiyyələrin, hüquqi şəxslərin nəzərinə! DİQQƏT
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət orqanlarının, təşkilatların, bələdiyyələrin, hüquqi şəxslərin nəzərinə çatdırır ki, 2014-cü il mart ayının 1-dən etibarən, "Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanan Ünvan Reyestri İnformasiya Sisteminin ilkin mərhələdə Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə tətbiqinə başlanılır. Komistədən SİA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin "Ünvan reyestri ilә inteqrasiya olunacaq digәr dövlәt orqanlarının informasiya sistemlәrinin dairәsi"nin tәsdiq edilmәsi barәdә 24 dekabr 2012-ci il tarixli, 318 nömrəli Qərarının icrasının təmin edilməsi məqsədilə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilməlidir.
Qeyd olunanaları nəzərə alaraq, digər dövlət orqanları yeni ünvan məlumatlarını öz informasiya sistemlərini Ünvan Reyestri İnformasiya Sisteminə inteqrasiya etməklə əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB