Ödənişli yolların yaradılmasının şərtləri açıqlanıb

Ödənişli yolların yaradılmasının şərtləri açıqlanıb

"Azərbaycanda ödənişli avtomobil yollarının yaradılması üçün ilk növbədə alternativ yolların olması lazımdır. Habelə ödənişli yolların yaradılması üçün hüquqi baza da olmalıdır. Ölkədə ödənişli yollar haqqında qanun qəbul edilib. Lakin sənədin yerinə yetirilməsi üzrə hazırlıq işləri hələ başa çatmayıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, dünyada ödənişli yolların yaradılması zamanı bu prosesdə yalnız özəl kapital yaxud dövlətin qismən iştirakı yolu ilə iştirakı təcrübəsindən istifadə olunur: "Ödənişli yolların yaradılması üzrə pilot layihə kimi Bakı üçüncü dairəvi yolunun zolaqlarının sayının artırılması və genişləndirilməsi layihəsi xidmət edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə