Natiq Əliyev: "2014-cü ildə ölkədə 43 mln. ton neft istehsal olunacaq"

Natiq Əliyev: "2014-cü ildə ölkədə 43 mln. ton neft istehsal olunacaq"

"Azərbaycanın 2014-cü il üçün enerji balansı artıq hazırlanıb. Düşünürəm ki, bu il üçün proqnoz stabil qalacaq və ölkədə 43 mln. tona kimi neft istehsal olunacaq". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev belə deyib.

Onun sözlərinə görə, Azərbaycanın neft sahəsində əsas məqsədi hasilatı stabil səviyyədə saxlamaqdır: "Qaz hasilatında da hələ ciddi bir irəliləyiş yoxdur. Lakin artıq böyük bir rəqəmə çatmışıq. Keçən il 29 mlrd. kubmetr qaz hasil olunub. Gələcəkdə bu göstəricinin artacağı gözlənilir. Çalışacağıq ki, yaxın 2-3 ildə bu rəqəmi stabil olaraq saxlayaq".

Bütün xəbərlər Facebook səhifəmizdə