ARDNŞ yeni müqavilə imzalayıb

Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə uzunmüddətli danışıqlardan sonra ARDNŞ ilə Rusiyanın "Transneft" şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Rusiya ərazisi vasitəsilə neftin nəqlinin bərpası Azərbaycan neftinin dünya bazarlarına ixrac marşrutlarının daha da şaxələndirilməsinə imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə