Bu gündən etibarən fevral ayının 20-dək kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail dövlətində səfərdədir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi İsraillə kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirmək və aqrar sahədə qazandığı təcrübə ilə tanış olmaqdır.
Səfər çərçivəsində nümayəndə heyəti İsrailin kənd təsərrüfatı strukturu və siyasəti, qanunvericilik və tənzimləmə, kooperativlər və idarəetmə sistemi, dövlət dəstəyi siyasəti və metodlarını, "Şfayim"dəki Kənd Təsərrüfatı İnkişaf və Əməkdaşlıq üzrə Beynəlxalq Təlim Mərkəzi (CİNADCO), "Qaviş Nəzarət Sistemləri", istixanalar üçün proqram təminatı və nəzarət sistemləri,"Azrom Kənd Təsərrüfatı İnnovasiyaları", istixanaların tərtibatı, hazırlanması, tikintisi və onlara qulluq,"Hazera Genetiks", tərəvəzlərin və tarla bitkilərinin hibrid toxumlarının yetişdirilməsi, istehsalı və satışı, "EmeqHa'elaEggs" quşçuluq müəssisəsi ilə tanış olacaq və Kənd təsərrüfatı və kəndin inkişafı naziri Yair Şamir ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB