Yeni tikiləcək metro stansiyalarında müasir avadanlıqlar tətbiq ediləcək

Yeni tikiləcək metro stansiyalarında müasir avadanlıqlar tətbiq ediləcək

Bakı Metropoliteninin yeni tikilən beş stansiyasında daha müasir avadanlıqların və sistemlərin tətbiqi planlaşdırılır. Metropolitendən SİA-ya verilən xəbərə görə, Fransanın "Thales" şirkəti öz texnologiyalarının imkanları ilə bağlı quruma təklif göndərib.

Belə ki, şirkətin təklif etdiyi texnologiya hərəkətə mərkəzləşdirilmiş avtomatik nəzarət sistemindən (MANS) ibarətdir. Texnologiyanın metronun yeni tikilən stansiyalarında tətbiq olunacağı istisna edilmir. Hazırda təklif haqqında düşünülür.

Qeyd edək ki, sözügedən şirkəti Bakı Metropoliteninin yeni 5 stansiyasında avadanlıqların modernləşdirilməsinin ilkin planlaşdırılmasını hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə