"Sonrakı peyklərdə Azərbaycanın öz orbital mövqelərindən istifadə edəcəyik"
"Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərkibində olan Tənzimləyici Departamenti sərbəstləşdirməyə çalışacaq. Buna səbəb isə qurumun bazarın tənzimlənməsi məsələlərində Nazirlikdən asılılığını maksimum şəkildə azaltmaqdır". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Azərbaycanın orbitə çıxarmağa planlaşdırdığı ikinci süni telekommunikasiya peykindən danışan nazir əlavə edib ki, ölkə ümumilikdə 8 orbital mövqe üzrə qonşu kosmik ölkələrlə danışıqlara başlayıb: "Çünki onların istifadəsi üçün koordinasiya lazımdır. Bu, çox çətin prosesdir, çünki kosmik fəzada sıxlıq daha böyükdür. Əsas danışıqlar Rusiya və onun şirkətləri ilə aparılmalıdır. Bizim kosmik fəzada əsas yeri onlar tuturlar. Hesab edirik ki, hər iki peykimiz üçün fərdi orbital mövqelərimizdən istifadə edə biləcəyik. Azərbaycanın orbital mövqeləri Şərqi Avropadan Sakit okeana qədər ərazini əhatə edir. Bu ərazidə Rusiya, Yaponiya, Çin kimi ölkələr yerləşir ki, bu məsələ onlarla razılaşdırılmalıdır. Çünki tezlik fəzası olduqca sıxdır. Rentabelli layihələrə çıxmaq üçün onları qonşu kosmik ölkələrlə razılaşdırmaq lazımdır. Hazırda "Azerispace-1" süni peyki üçün Malayziyanın orbital mövqeyini 20 illik icarəyə götürməklə istifadə edərik. Lakin sonrakı peyklərdə Azərbaycanın öz orbital mövqelərindən istifadə etmək istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB