Azərbaycan ikinci peyklə bağlı "NEC" Korporasiyasına təklif göndərib
"Azərbaycan ikinci süni kosmik peykin orbitə buraxılması üçün keçirilən tenderdə iştirak etmək məqsədilə telekommunikasiya və peyk sahəsində Yaponiyanın aparıcı təşkilatı olan NEC (Nippon Electric Corporation) Korporasiyasına təkliflər paketi göndərib. Hazırda Yaponiya hökuməti və NEC Korporasiyası bu təklifi nəzərdən keçirir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında NEC Korporasiyasının Avropa, Yaxın Şərq və Afrika bölməsinin baş direktoru Masahiro İkeno deyib.
Onun sözlərinə görə, Azərbaycanın verdiyi bu imkan nəzərdən keçirildikdən sonra Yaponiya məsələ ilə bağlı son fikrini açıqlayacaq.
M. İkeno Azərbaycana planşet istehsalı sahəsində də kömək edə biləcəyini də deyib: "İlk öncə Azərbaycana bu məhsulun, həmçinin bizim çatdıracağımız məhsulun və ya xidmətlərin sizin cəmiyyətə necə töhfə verə biləcəyini nəzərə almalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB