Azərbaycan İraq qazının Avropaya ixracı üçün öz kəmərlərini təklif edir
Azərbaycan İraq qazının Avropaya ixracına kömək üçün rəsmi Bağdada Cənub Qaz Dəhlizinə çıxış təklif edir. SİA-nın İraq mətbuatına istinadən yaydığı xəbərə görə, bunu Bağdadda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iraqlı həmkarı Xoşyar Zəbari ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İraq rəsmiləri sözügedən enerji layihəsində iştirak etməkdə maraqlı olduqlarını nəzərə çatdırıblar: "Azərbaycan bu məsələ ilə bağlı danışıqlara başlamağa hazırdır".
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İraqda səfərdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB