Musa Quliyev: "Regionların sosial-iqtisadi inkişafı üzrə 3-cü Dövlət Proqramı digər proqramlar kimi uğurla icra ediləcək
"Regionların sosial-iqtisadi inkişafı yeni mərhələyə qədəm qoydu". SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev belə deyib.
Onun sözlərinə görə, ötən gün Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans ölkənin son 10 ildə keçdiyi inkişaf yolunun və regionların sosial-iqtisadi inkişafı sahəsində əldə edilən uğurların yekunlarına dair ciddi əhəmiyyətli müşavirə idi: "Konfransda ölkənin son 10 ildə əldə etdiyi nailiyyətlərə nəzər yetirildi, ölkə başçısı tərəfindən görülən işlərə qiymət verildi. Deyə bilərəm ki, hər iki proqramda qarşıya qoyulan məqsədlərə nail olunub. Regionların siması dəyişib, əhalinin sosial-rifah halı yüksəlib və yeni iş yerləri açılıb. Hər iki dövlət proqramının icrası uğurla başa çatdırılıb. Proqramların icrasında əsas məqsəd regionlarda sosial-iqtisadi inkişafı təmin etmək idi. Dövlət Proqramlarında əhalinin məşğulluğunun təmin edilməsi, infrastruktur layihələrin həyata keçirilməsi əhəmiyyət daşıyırdı ki, bu məqsədə də nail olunub.
Region və qəsəbə daxili yollar müasir standartlar səviyyəsində çəkilib, hava nəqliyyatının səmərəli fəaliyyəti üçün Qəbələdə Yevlaxda, Gəncədə, Lənkəranda hava limanları tikilib və istifadəyə verilib. Bu proqramların icrası Azərbaycan tarixində yeni mərhələ idi. Hər iki dövlət proqramında infrastruktur layihələri uğurla həyat keçirilib. Elektrik enerjisinin təminatı yaxşılaşdırılıb, 30-a yaxın yeni elektrik stansiyaları tikilib. Regionlarda sosial-iqtisadi inkişafı təmin etmək üçün sənaye və aqrar sənaye komplekslərinin yaradılması üçün mühüm addımlar atılıb. Bundan sonrakı mərhələdə də qarşıya qoyulan məqsədlərə nail olunacaq və növbəti 5 il ərzində regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilən Dövlət Proqramı da uğurla həyata keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB