Aydın Hüseynov: "Azərbaycanın nailiyyətləri həddindən artıq çoxdur" MÜNASİBƏT
"Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ilk öncə regionların inkişafı üçün elmi yanaşmanı təmin edib. Burada görülən işlərin hər biri son dərəcə dəqiqliklə aparılan təhlillər və düzgün proqnozlaşma nəticəsində həyata keçirilib". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aydın Hüseynov ötən gün Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu proqramların məqsədi regionlarda olan problemlərin aradan qaldırılmasından, bölgələrdə infrastrukturun bərpa olunmasından, sosial obyektlərin inşası və istifadəyə verilməsindən ibarət olub: "Regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2 Dövlət proqramı qəbul olunub. Bunlardan birincisi 2004/2009-cu illəri, ikincisi isə 2009/2013-cü illəri əhatə edib. Proqramlar çərçivəsində ölkənin regionlarında sənaye obyektləri, böyük sənaye müəssisələri istifadəyə verilib və onların fəaliyyəti nəticəsində regionların işsizlik problemi də öz həllini tapıb. Hər iki proqramın icrasına ümumilikdə 50,7 milyard manat vəsait ayrılıb. Belə ki, birinci dövlət proqramına 16 milyard, ikinciyə isə 34,7 milyard manat vəsait xərclənib ki, bu da son 10 ildə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə, sənaye istehsalının 2,7 dəfə artmasına, təkcə ötən il qeyri-neft sektorundan 10% artımın əldə olunmasına imkan yaradıb. Bu nailiyyətlər həddindən artıq çoxdur. Proqramlar çərçivəsində Azərbaycan özünün unikal iqtisadiyyatını formalaşdırıb. Aparılan uğurlu iqtisadi siyasətlə yanaşı, ölkəmiz özünün siyasi xəttini də uğurla həyata keçirilib. Azərbaycan regionda qüdrətli dövlətə çevrilib, müstəqil iqtisadiyyata malik olan dövlət kimi beynəlxalq arenanın diqqətini cəlb edib. Bu uğurların hər biri isə dövlət başçısının birbaşa rəhbərliyi ilə həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB