Əmək müqaviləsi bağlamayan işəgötürənləri 3 il müddətinə azadlıqdan məhrum etmə gözləyir DİQQƏT
"Cinayət məcəlləsinə edilən son dəyişikliklərə görə, işçilər əmək müqaviləsi bağlamadan işə cəlb edənləri 7 min manatdan 10 min manatadək və ya 3 il müddətinə azadlıqdan məhrum etmə gözləyir". SİA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev keçirdiyi mətbuat konfransında belə deyib.
Onun sözlərinə görə, burada məqsəd ondan ibarətdir ki, respublikada bütün işəgötürənlər öz işçiləri ilə əmək müqaviləsi bağlamış olsun, müqavilədəki əks olunana öhtəliklər barədə onları məlumatlandırsınlar: "Bu gün Azərbaycanda işəgötürənlərin heç də hamısı əmək müqaviləsi bağlayarkən əmək qanunvericiliyində müəyyən olunmuş tələblərə riayət etmirlər. Bəzən mütləq tələb olunan göstəriciləri əmək müqaviləsində əks etdirmirlər, bəzi hallarda isə əmək müqavilərinin bir nüsxəsi işçiyə təqdim olunmur. Nəticədə işçi mək müqaviləsi üzrə öz hüquqlarından məlumatsız olur. İşə götürən isə bundan istifadə edərək müəyyən addımlar atır. Artıq nazirlikdə elektron informasiya sistemi fəaliyyətə başladıqdan sonra bütün işçilər öz öhtəliklərini bilmiş olur və işəgötürəndən də bunu tələb etmək imkanına malikdirlər. Əmək məcəlləsinə edilən dəyişikliklərlə bağlı inzibati xətalar məcəlləsinə də müəyyən dəyişiklik edilib. Əvvəllər əmək müqaviləsi bağlamadan şəxsin hər hansı bir işə cəlb olunmasına görə cərimətətbiq edilirdisə, artıq həmin əmək müqaviləsi ilə bağlı məlumatın elektron informasiya sisteminə daxil edilməməsinə görə cərimənin tətbiq edilməsi nəzərdə tutulub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB