Nazirlik işəgötürənlərə iyulun 1-nə kimi vaxt verdi XƏBƏRDARLIQ

Nazirlik işəgötürənlərə iyulun 1-nə kimi vaxt verdi XƏBƏRDARLIQ

"Ötən gün Azərbaycanda Respublikasının Əmək Məcəlləsində dəyişiklərin edilməsi haqqında" qanunu ilə Azərbayacn Respublikasının Əmək Məcəlləsində edilən müvafiq dəyişikliklərlə bağlı prezidentin fərmanı imzalanıb. Fərmanın tətbiqi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına müəyyən tapşırıqlar verilib". SİA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdrais İsayev keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə elektron informasiya sistemini yaradılır: "Bundan sonra ölkədə əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq. Dəyişikliyə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumatın göndərilməsi nəzərdə tutulub".

İdris İsayev deyib ki, Əmək Məcəlləsinin 43-cü maddəsinə edilən dəyişiklərə əsasən əmək müqaviləsində göstərilən şərtlər və məlumatların da dairəsi genişləndirilir: "Belə ki, bundan sonra müqavilədə işçi barədə məlumatlara onun şəxsiyyətini təsdiq edən sənədin pin kodu barədə məlumatların da əlavə edilməsi tələb olunacaq. Eyni zamanda müqavilədə işəgötürən barədə məlumatlara əlavə olaraq sığortaedənin uçot nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), şəxsiyyətini təsdiq edən sənədin pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN) barədə məlumatların da göstərilməsi tələb olunacaq. Göstərilən əlavə məlumatlar əmək müqaviləsi bildirişlərnin işəgötürənlər tərəfindən nazirliyin elektron informasiya sisteminə daxil edilməsini asanlaşdıracaq. Bu qanun qüvvəyə mindiyi günədək yazılı bağlanılan və qüvvədə olan əmək müqavilələri üzrə əmək müqaviləsi bildirişlərinin nazirliyin elektron informasiya sistemində qeydiyyata alınması məqsədi ilə işəgötürənlər tərəfindən həmin elektron informasiya sisteminə daxil edilməsinə iyulun 1-dək vaxt verilib".

Qeyd edək ki, "Əmək Məcəlləsi"nə edilmiş dəyişikliklərin məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasını hədəflədiyini deyən xidmət rəisi qeyd edib ki, artıq bütün işəgötürənlərin, eləcə də işçilər onlar tərəfindən bağlanmış əmək müqavilələri barədə məlumatları əmək müqaviləsi bildirişləri vasitəsi ilə real vaxt rejimində nazirliyin elektron informasiya sistemindən əldə etmək imkanları olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə