Musa Quliyev: “Yeni dövlət proqramının icrasına bu ildən başlanması nəzərdə tutulur”
"Regionların sosial-iqtisadi inkişafı üzrə ikinci dövlət proqramında qarşıya qoyulan məsələlərə və məqsədlərə nail olundu". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə bu proqramın hər bir maddəsi nəzarət altında idi: "Nəticədə bu proqram reallaşdırıldı. Prezident İlham Əliyev dövlət proqramlarının icra vəziyyətini öyrənmək məqsədilə regionlara daim səfər edir və buradakı görülən işlərlərlə maraqlanır. Bu dövlət proqramlarının nəticəsi olaraq bütün regionların siması dəyişib. Regionlarda onlarla yeni müəsisələr açılıb, iş yerləri yaradılıb və infrastruktur layihələri həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının ikinci mərhələsi xüsusilə, regionlarda yeni iş yerlərinin açılması, regionun xarakterinə uyğun olaraq emal sənayesinin yaradılması, turizmin və kənd təsərrüfatının inkişafı ilə bağlı böyük layihələr həyata keçirilməsi ilə yadda qaldı".
Musa Quliyev onu da qeyd edib ki, yeni dövlət proqramının icrasına bu ildən başlanması nəzərdə tutulur: "Bu proqram daha çox regionların sosial inkişafı ilə bağlı olacaq. Regionlarda yoxsulluğun tamamilə aradan qaldırılması və yüksək əmək haqqı olan iş yerlərinin və həyat səviyyəsinin yüksəldilməsi təhsilin eləcədə səhiyyəninin keyfiyyətinin yüksəldilməsi ilə xarakterizə olunacaq. Bu proqram Azərbaycanın sosial-rifah halının yüksəldilməsində və ölkəmizin sosial rifah dövlətinə çevrilməsində mühüm işlər görəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB