Yanvarın 28-də rayonumuzun Sütəmurdov, Siyavar və Lüvəsər kəndlərinə təbii qaz verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə hər üç kənddə təntənəli açılış mərasimi keçirilib. Mərasimlərdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Sütəmurdov, Siyavar və Lüvəsər inzibati ərazi dairələri üzrə nümayəndələri Anar Hüseynov, Mircavad Abbasov, Əflatun Əsgərov, kənd sakinlərindən Mahmud Məmmədov, Siyavar kənd Ağsaqqallar şurasının sədri Fərman Abbasov, Lüvəsər kənd Ağsaqqallar şurasının üzvü Böyükağa Əliyev və başqaları çıxış edərək uzun illər fasilədən sonra kəndlərə yenidən təbii qazın verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova və "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinə bütün sakinlər adından minnətdarlıqlarını bildiriblər.
Açılış mərasimlərində çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bu əlamətdar hadisə münasibətilə əhalini təbrik edib, onlara ən xoş və səmimi arzularını çatdırıb, "mavi alov"un evlərə istilik, hərarət, xeyir-bərəkət gətirməsini arzulayıb. İcra başçısı həmçinin son illər ərzində Azərbaycanın sürətli inkişafından, inkişaf etməkdə olan dövlətlər sırasında ölkəmizin layiqli yer tutmasından, qazanılmış iqtisadi uğurların ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşmasına yönəlməsindən ətraflı bəhs edib.
Tədbirlərdə həmçinin "Azəriqaz" İstehsalat Birliyinin əsaslı təmir və tikinti şöbəsinin müdiri Natiq Əsgərov çıxış edərək təbii qazın verilməsi münasibətilə hamını təbrik edib, sakinlərə mavi alovdan istifadə zamanı ehtiyatlı davranmaq və qaydalara düzgün əməl etməklə bağlı tövsiyyələrini verib.
Sonda qazın açılışını bildirən rəmzi məşəllər alovlandırılıb.
Qeyd edək ki, mavi yanacağın verilməsi üçün Sütəmurdov kəndində 40854 paqonmetr, Siyavar kəndində 16374 paqonmetr, Lüvəsər kəndində isə 21907 paqonmetr uzunluqda müxtəlif ölçülü dəmir və polietilin boru xətləri çəkilib. Görülmüş işlər nəticəsində Sütəmurdov kəndində 958, Siyavar kəndində 297 və Lüvəsər kəndində 312 abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB