Eyyub Hüseynov: "Məşhur markaların istehsalında sanitar qaydalara əməl olunmur"

"Bir çox məşhur markaların istehsalında sanitar qaydalara əməl olunmur". SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə deyib.

Onun sözlərinə görə, bu məhsulların hazırlandığı sexlərdə sanitar qaydalara riayət olunmaması haqqında vətəndaşlar tərəfindən birliyə mütəmadi olaraq müraciətlər daxil olur: "Bu müəssisələrdə istehsal olunan məhsullar insan sağlamlığı üçün təhlükədir. Həmin müəssisələr dövlət tərəfindən müəyyən edildikdə isə fəaliyyətinə qadağa qoyulur. Bu sexlərə investisiya qoyulmalıdır, onların böyüdülməsi və təkmilləşdirilməsi vacibdir. Hazırda fəaliyyət göstərən çörək-şirniyyat sexlərinin çoxu özəldir və onların 50% standartlara cavab vermir. Xırda sexlərdə çörəyin bişirilmə və saxlanma şəraiti də qənaətbəxş deyil. Bu sahədə bir sıra qüsurlar mövcuddur".

Bütün xəbərlər Facebook səhifəmizdə