Vüqar Bayramov: "Azərbaycan Davos forumunda yüksək səviyyədə təmsil olunub"

Vüqar Bayramov: "Azərbaycan Davos forumunda yüksək səviyyədə təmsil olunub"

"Davos iqtisadi forumu dünyanın ən aparıcı tədbirlərindən biridir". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov belə deyib. Onun sözlərinə görə, bu forum investiya imkanlarının tədqiq edilməsi və investisiya qoyuluşlarının həyata keçirilməsi baxımından əhəmiyyətli oldu: "Azərbaycan bu forumda təmsil olunması ölkəmizin Davos iqtisadi forumuna verdiyi əhəmiyyətdən irəli gəlirdi. Bu Davos forumunda Azərbaycana diqqətin artması bir daha müşahidə olunub. Buna səbəb Azərbaycan iqtisadiyyatının inkişafı və çoxşaxəli olması ilə bağlıdır. Bir sözlə, Azərbaycan artıq sərmayəçi ölkəyə çevrilib. "Şahdəniz-2" layihəsi çərçivəsində 45 milyard dollar investisiya regiona yönəldiləcək: "Bu isə regionda 30 min yeni iş yerinin yaradılması deməkdir. Azərbaycan artıq sərmayəçi ölkə olaraq Davos iqtisadi forumunun diqqətini özünə cəlb edib".

Vüqar Bayramov onu da qeyd edib ki, Davos iqtisadi forumunun yekunlarını qiymətləndirən zaman diqqət yetirilən ən əsas məqam investisiya potensialını bir daha təqdim etmək və Azərbaycan həqiqətlərini dünyaya çatdırılması üçün bir platfoma rolunu oynadı: "Dövlət başçıları ilə fərdi görüşlər və əməkdaşlığın qurulması cəhətdən bu forum əhəmiyyətli oldu. Bu ildən başlayaraq Dövlət Neft Şirkəti Davos forumunun əsas təşkilatçılarından birinə çevrilməklə yanaşı, dövlətimiz bu forumda aparıcı ölkə kimi çıxış etdi. Beləliklə, Dövlət Neft Şirkəti artıq bu foruma bir növ öz töhfəsini vermiş oldu və Azərbaycan Davos forumunda yüksək səviyyədə təmsil olundu".

Bütün xəbərlər Facebook səhifəmizdə