Yevda Abramov: “Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir”

Yevda Abramov: “Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir”

"Davos İqtisadi Forumu ildə bir dəfə ənənəvi olaraq keçirilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Yevda Abramov deyib.

Onun sözlərinə görə, bu forumda iqtisadiyyatda olan problemlərin həlli yolunu tapması üçün çox mühüm addımlar atılır: "Dövlət başçılarının da Davos İqtisadi Forumunda iştirak etməsi bu formun əhəmiyyətini bir daha qoruyub saxlayır. Belə ki, ölkə başçısı İlham Əliyev ardıcıl olaraq hər il bu forumda iştirak edir. Dövlət başçıları ilə fərdi olaraq görüşlər keçirir və əməkdaşlıq edir".

Yevda Abramov onu da qeyd edib ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir: "Neft və qaz ölkəsi olan və irimiqyaslı layihələr həyata keçirən Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı olduqca vacib və əhəmiyyətlidir. Azərbaycan neftinin və qazının Avropa bazarına çıxarılması isə vacib məsələlərdəndir. Ölkəmiz artıq dünyanın aparıcı ölkələrin tərəfindən investisiya qoyulan bir ölkədir. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. Bir sıra mühüm qlobal layihələr həyata keçirir. Davos Forumu Azərbaycanın inkişafı üçün həyata keçirdiyi tədbirlər dünyaya çatdırmaqdan ötrü mühüm bir forumdur".

Bütün xəbərlər Facebook səhifəmizdə