AYİB “LUKоyl”a 200 milyon dollar həcmində kredit verəcəyini təsdiqləyib
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Rusiyanın "LUKоyl" neft şirkətinə 200 milyon dollar həcmində kredit verəcəyini təsdiq edib.
Vəsait Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində işlərin genişləndirilməsi üçün verilir.
"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi üçün ümumilikdə 2,13 milyard dollar lazımdır. Layihədə "LUKоyl" şirkəti 212,8 milyon dollar paya malikdir. Şirkət ötən ilin payızında kredit üçün AYİB-ə müraciət etmişdi.
Layihə Azərbaycanda özəl kapitalın yayılmasını da dəstəkləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB