"Davos Forumu ölkə başçısının siyasətində mühüm sturuktura çevrilib” AÇIQLAMA
"Davos İqtisadi Forumu Azərbaycan Respublikasının Prezidentinin siyasətində çox mühüm bir sturuktura çevrilib". Bu sözləri SİA-ya Mübariz Əhmədoğlu forumun siyasi əhəmiyyətindən danışarkən deyib.
Politoloq Davos forumundan qabaq ölkə başçısının Brüsselə səfərini xatırladıb: "Prezident İlham Əliyev Brüsselə səfər çərçivəsində NATO-nun rəhbəri ilə görüş keçirib. Görüş zamanı NATO rəhbəri bildirdi ki, Azərbaycan Avropanın Enerji Təhlkəsizliyində zəruri rola malikdir. Avropanın iqtisadi, enerji həyatında bu rolu qazanmağımızda ölkə başçısının Davos forumunda iştirakının mühüm əhəmiyyəti var. Bu forum ölkəmiz üçün doğmadır. Ona görə ki, 2013-cü ildə forumun regional iclaslarından biri Bakıda keçirildi. Davos Forumu ölkə başçısına dünya iqtisadiyyatının kursunu izləməyə imkan verdi. Bundan əlavə, bu forum imkan verdi ki, Azərbaycan özünü neqativliklərdən sığortalasın, həmçinin ölkəmiz dünya, Avropa və regional iqtisadiyyata öz töhfəsini versin. Düşünürəm ki, Azərbaycan bundan sonra da Davos forumunda iştirak edəcək. Uzun illərdir ki, forumda Ermənistandan bir nəfər də olsun iştirak edə bilmir. Ermənistanın iqtisadiyyatı elə bir vəziyyətdədir ki, onun forumda iştirakı qeyri-mümkündür. Azərbaycan oradakı iştirakı ilə regionda baş verənlər gündəliyə gətirir. Azərbaycan Prezidentinin, eləcə də ölkəmizin bu forumda iştirak etməsi uğurlu tapıntıdır. Hesab edirəm ki, bu tapıntı uzun illər davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB