"2014-cü il investisiya layihələrini reallaşması kimi də yadda qalacaq”

"2014-cü il investisiya layihələrini reallaşması kimi də yadda qalacaq”

"2014-cü il iqtisadiyyatın şaxələnməsi kimi yadda qalacaq". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 2014-cü il qeyri-neft sektorunun payı daha da artacaq: "Belə ki, büdcə gəlirlərində qeyri-neft sektorunun payı 2014-cü ildə 35 %-ə qədər yüksələcək. Bu faktiki olaraq son illərin ən yüksək göstəricisi hesab olunur. Bu hal büdcənin neftdən asılılığının aradan qaldırılmasına xidmət edəcək. 2014-cü ildə ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektorunun payı 62%-ə yüksələcək. Bu isə neft sektorunun payının 38 %-ə qədər azalması deməkdir. Bir sözlə, bu il ümumi daxili məhsulda qeyri-neft sektorunun payının yüksəlməsi kimi yadda qalacaq. 2014-cü ilin əsas hədəflərdən biri neftdən asılılığının aradan qaldırılmasıdır. Neftdən asılılığın aradan qaldırılması üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer həcmində azalmalar olacaq. Belə ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlər 17,7% aşağı düşəcək. Bu da məhz büdcənin neftdən asılılığın aradan qaldırılması üçün əhəmiyyətlidir".

Vüqar Bayramovun sözlərinə görə, büdcə gəlirlərində vergi daxilolmalarının payı artacaq: "Vergi daxilolmalarının payı büdcə gəlirlərində 7% artacaq ki, bu da kifayət qədər böyük rəqəmdir. 2014-cü il həm də, böyük investisiya layihələrinin həyata keçirilməsi kimi yadda qalacaq. Belə ki, 2014-cü il mart ayında regionun ən böyük tədbirlərindən biri olan İnvestisiya Forumu məhz Azərbaycanda keçiriləcək. Nəzərə alsaq ki, bu forumda dünyanın aparıcı qurumları iştirak edəcək, bu forum kifayət qədər əhəmiyyət kəsb edir. 2013-cü ildə imzalanmış enerji müqavilələrinin icrasına isə məhz bu ildən başlanılacaq. Ötən il bu layihələrin imzalanması kimi yadda qaldısa bu il, həmin layihələrin həyata keçirilməsi kimi yadda qalacaq. 2014-cü ili yalnız iqtisadiyyatın şaxələnməsi deyil, eyni zamanda investisiya layihələrini reallaşması kimi də yadda qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə