Ötən il Azərbaycana 104 385 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, bu, əvvəlki ilə nisbətən 3% çoxdur.
Bu maşınların 827 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 94 879 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 7 823 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 856 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB