"Azəriqaz" İB: "2014-cü ildə qazlaşdırmada Aran rayonları ön plandadır" ŞAD XƏBƏR
"Ötən il ərzində Azərbaycanın 41 rayonu üzrə 217 yaşayış məntəqəsində yeni qazlaşdırma işləri görülüb, köhnə qaz xətlərinin bərpası və təmiri işləri aparılıb". Bunu SİA-ya açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev bildirib.
2013-cü ilin yekunları barədə danışan şöbə rəisinin sözlərinə görə, ötən il "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ölkənin qaz təminatı və bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib: "Belə ki, 2012-ci ildə Ağdam və Qazax rayonları qazlaşdırılmışdısa, 2013-cü ildə bu siyahıya Balakən və Hacıqabul rayonları əlavə olunub və bu ərazilərdə qazlaşdırma işləri tamamilə başa çatdırılıb. 2013-cü ilin yekunlarına görə, ötən il İstehsalat Birliyinin abonentlərinin sayı artaraq ümumilikdə 1 milyon 648 minə çatıb ki, bunun da 1 milyon 628 076-sı əhali abonentidir. Ötən il ərzində 167 min 436 yeni əhali abonenti qeydə alınıb. Ümumilikdə abonentlərin Bakı şəhəri və regionlar üzrə nisbətinə gəldikdə isə deyə bilərəm ki, burada üstünlüyü regionlar tutur. Belə ki, Bakı şəhərində əhali abonentlərinin sayı 701 645, regionlarda isə abonentlərin sayı 946 261-dir".
Araz Ağayev 2014-cü ildə İstehsalat Birliyinin həyata keçirəcəyi layihələr barədə də məlumat verib: "Ötən illərdə olduğu kimi qazlaşdırma işləri ilə bağlı layihələr bu il də davam etdiriləcək. Bununla bağlı hazırda layihələr üzərində iş gedir. 2014-cü ildə qazlaşdırma prosesi bütün ölkəni əhatə etsə də, ön planda əsasən Aran rayonları olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB