Türkiyə mətbuatında TANAP ilə bağlı təlimat dərc olunub

Türkiyə mətbuatında TANAP ilə bağlı təlimat dərc olunub

Türkiyənin "Rəsmi qəzet"ində Nazirlər Kabinetinin TANAP ilə bağlı təlimatı dərc edilib.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın imzası ilə dərc olunmuş təlimatda bildirilir ki, 2012-ci il iyunun 26-da Türkiyə və Azərbaycan hökumətləri arasında Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) inşası ilə bağlı, habelə buna əlavə olaraq Türkiyə hökuməti ilə "Trans Anatolian Gas Pipeline" şirkəti arasında imzalanmış sazişlər 2013-cü il martın 19-da ratifikasiya edilib.

Nazirlər Kabineti tərəfindən TANAP layihəsinin Türkiyə üzrə operatoru BOTAŞ şirkətinə lazımi dəstəyin göstərilməsi haqqında təlimat verilir. Sənəddə vurğulanır ki, bu boru kəməri çox böyük əhəmiyyətə malikdir və layihə çərçivəsində dövlət və özəl strukturların bütün işləri vaxtında və sürətlə yerinə yetirmələri zəruridir.

Bütün xəbərlər Facebook səhifəmizdə