Sədaqət Vəliyeva: “Şahdəniz-2” layihəsinin imzalanması Azərbaycanın sosial-iqtisadi inkişafının nəticəsidir”
"Şahdəniz-2" üzrə imzalanmış saziş Azərbaycanın sosial-iqtisadi inkişafına və geosiyasi üstünlüyünə müsbət təsir edəcək. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, "Şahdəniz-2" üzrə imzalanmış saziş əsasında reallaşdırılacaq layihələr Azərbaycan 40-50 milyard dollar məbləğində gəlir gətirəcək: "Bu isə imkan verəcək ki, Azərbaycanda yeni iş yerləri açılsın, maaşlar və pensiyalar artırılsın və insanların ümumi sosial rifah halı daha da yüksəldilsin".
Sədaqət Vəliyeva onu da vurğulayıb ki, layihə çərçivəsində aparılacaq tikinti-inşaat işləri on minlərlə yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq: "Belə ki, XXI əsrin sazişi olan "Şahdəniz-2" ölkəmizin inkişaf etmiş ölkələrin sırasına tez bir müddətdə daxil olmasına kömək edəcək. "Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycan qazı ilk dəfə olaraq Avropa bazarına çıxarılacaq. Beləliklə, "Şahdəniz-2" layihəsi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB