Hava nəqliyyatı ilə yükdaşıma 1,6 dəfə artıb

Hava nəqliyyatı ilə yükdaşıma 1,6 dəfə artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda avtomobil nəqliyyatı ilə 114,6 mln. ton yük, 1 386,6 mln. sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən SİA-ya daxil olan məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6% və 8,1% çoxdur.

Sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 6,1%, sərnişin dövriyyəsi isə 9,0% artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 187,3 mln. nəfər olmaqla 5,8% artıb.

Hesabat dövründə hava nəqliyyatı ilə 1 550,1 min və ya 4,2% çox sərnişin daşınıb, daşınmanın 99,5%-i dövlət, 0,5%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 1,6 dəfə artaraq 111,6 min tona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə