Vüqar Bayramov: “İlk dəfə olaraq ÜDM-da qeyri-neft sektorunun payı 62%-ə yüksələcək”

Vüqar Bayramov: “İlk dəfə olaraq ÜDM-da qeyri-neft sektorunun payı 62%-ə yüksələcək”

"2013-cü il Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunda artım tempi yüksəlib". İqtisadçı-ekspert Vüqar Bayramov belə deyib.

Onun sözlərinə görə, ötən il qeyri-neft sektorundakı artım tempi ikirəqəmli olub: "Belə ki, bu sektordakı artım tempi 11%-ə yaxın olub. 2013-cü ildəki qeyri-neft sektorundakı artım eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi sahəsində də mühüm rol oynayıb. Ötən il qeyri-neft sektorunda baş verən artım 2014-cü ildə də bu sahənin inkişaf etdirilməsinə kömək edəcək. Cari ildə əsasən bu rəqəmin iki rəqəmli olacağı, yəni 10%-ə çatacağı proqnozlaşdırılır. Eyni zamanda, 2014-cü il Azərbaycan iqtisadiyyatının şaxələnməsi kimi də yadda qalacaq. İlk dəfə olaraq, dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 30% keçəcək. Belə ki, 2014-cü ildə qeyri-neft sektorunun payı 35 % qədər yüksələcək. İlk dəfə olaraq ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 62% qədər yüksələcək. Bununla yanaşı, 2014-cü ildə ümumi daxili məhsulda da artım olacağı proqnozlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə