Bakıda kənd təsərrüfatı sərgisi keçiriləcək

Bakıda kənd təsərrüfatı sərgisi keçiriləcək

Mayın 22-dən 24-dək Bakıda VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgisi ("Agrihort Azərbaycan-2014") keçiriləcək. Beynəlxalq tədbirin təşkilatçısı "İteca Caspian" şirkətindən SİA-ya verilən xəbərə görə, sərgidə kənd təsərrüfatı istehsal kompleksi üçün mini zavodlar, traktorlar, asma qoşulan araba tipli maşınlar, avadanlıq və ehtiyat hissələri, suvarma və meliorasiya texnikası, balıq və süd məhsulları üçün soyuducu qurğular, dəyirman avadanlığı, mineral və bioloji gübrələr, stimulyatorlar, bitki və heyvanların mühafizəsi üçün vasitələr, ət, süd, balıq emalı üçün maşın və avadanlıqlar və digər bölmələr fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə