2013-cü ildə sənaye sahəsində məhsul istehsalı 1,7 faiz artaraq 30,8 milyard manata çatıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, onun 74,2 faizi və ya 22,8 milyard manatı mədənçıxarma bölməsində, 20,1 faizi, yaxud 6,2 milyard manatı emal bölməsində, 5,1 faizi və ya 1,6 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6 faizi və ya 199,9 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub.
Mədənçıxarma bölməsinin məhsullarından yanvar-noyabr aylarında 39,5 milyon ton və ya 0,5 faiz çox xam neft, 16,2 milyard kub metr, yaxud 2,7 faiz çox əmtəəlik qaz hasil olunub. Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,8 faiz, içki istehsalı 14,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35,1 faiz, poliqrafiya məhsulları istehsalı 48,1 faiz, neft məhsulları istehsalı 6,2 faiz, kimya sənayesi məhsulları istehsalı 19,9 faiz, əczaçılıq məhsulları istehsalı 14,9 faiz, tikinti materialları istehsalı 16,9 faiz, maşın və avadanlıqların istehsalı 21,7 faiz, avtomobil və qoşquların istehsalı 42,9 faiz, sair nəqliyyat vasitələri istehsalı 2,3 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 2,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri xidmətləri 37,3 faiz artıb.
İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 18,5 milyard kVt.saat elektrik enerjisi (0,2 faiz çox) istehsal olunub.
Sənayenin neft sektorunda məhsul istehsalı 1,3 faiz, qeyri-neft sektorunda isə 3,2 faiz artıb.
Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir. Ötən dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2961,8 min ton taxıl, 992,7 min ton kartof, 1204,3 min ton tərəvəz, 42,6 min ton pambıq, 839,7 min ton meyvə və giləmeyvə, 429,7 min ton bostan məhsulları, 152,5 min ton üzüm, 180,8 min ton şəkər çuğunduru, 18,1 min ton dən üçün günəbaxan, 3,5 min ton tütün, 567,5 ton yaşıl çay yarpağı toplanıb, diri çəkidə 452,1 min ton ət, 1669,6 min ton süd, 1279,6 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal olunub.
Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 4,0 faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz və kənd təsərrüfatının ümumi məhsulu 4,8 faiz artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB