“Financial Times” qəzetində “Şahdəniz-2” layihəsindən bəhs edən məqalə dərc olunub

“Financial Times” qəzetində “Şahdəniz-2” layihəsindən bəhs edən məqalə dərc olunub

Böyük Britaniyanın məşhur "Financial Times" qəzetində "Şahdəniz-2" layihəsindən bəhs edən məqalə dərc edilib.

Məqalədə layihə haqqında geniş məlumat verilib. Müəllif qeyd edib ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq bu layihə çərçivəsində Azərbaycan qazı Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) qaz kəmərləri vasitəsilə İtaliyaya qədər göndərilə biləcək. Layihəyə, ümumilikdə, 45 milyard ABŞ dolları məbləğində vəsait sərf edilib. Azərbaycandan Avropaya hər il 10 milayard kub metr qaz ötürüləcək.

Məqalədə, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının əməkdaşı, enerji və təbi ehtiyatlar üzrə məsul Rikardo Pulitinin dilindən layihənin gələcək inkişafı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Avropada İtaliyadan sonrakı potensial bazarlar da dəyərləndirilməlidir. Həmçinin TANAP və TAP kəmərləri vasitəsilə gələcəkdə başqa mənbələrdən də qaz almaq mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə