Neft kəmərlərində alternativ enerjidən istifadə ediləcək

Radiasiya Problemləri İnstitutu enerjiyə qənaət edən və tullantı qazlarını azaldan yeni enerji mənbələrinin tətbiqinə imkan verən araşdırmalar istiqamətində mühüm nəticələr əldə edilib. institutdan SİA-ya verilən xəbərə görə, tədqiqatlar "Enerjiqənaətedici radiasiya prosesləri" laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor İslam Mustafayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən qrant almış "Neft kəmərləri obyektlərində enerji effektivliyinin qiymətləndirilməsi və onun yüksəldilməsi üçün alternativ enerji mənbələrinin tətbiqi imkanlarının araşdırılması" layihəsi çərçivəsində aparılır. Müddəti 18 ay olan layihənin məqsədi neft kəmərləri obyektlərində enerji effektivliyinin artırılması və enerjidən qənaətlə istifadədir.

Dəyəri 60 min manat olan layihənin reallaşdırılması və təcrübə mübadiləsi aparmaq üçün İ.Mustafayev 2014-cü ilin yayında Amerika Birləşmiş Ştatlarına ezam olunacaq. Səfər zamanı professor Texasın Austin şəhərində Enerji Tədqiqatları İnstitutu və Floridanın Mayami şəhərində Təmiz Enerjilər İnstitutunda olacaq. Layihə nəticəsində neft kəmərləri obyektlərində atmosferə təsir etmədən və üzvi yanacağa ehtiyac olmadan günəş çeviricilərindən istifadə edilməsi üzrə elmi əsaslandırılmış tövsiyyələr hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə