Aydın Hüseynov: “Cənab Prezidentin Qarabağ əlillərinə, şəhid ailələrinə göstərdiyi diqqət və qayğı göz qabağındadır”
"Azərbaycanda Qarabağ əlillərinə, şəhid ailələrinə və veteranlara dövlət tərəfindən daima diqqət və qayğı göstərilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşadırılması, hüquqlarının müdafiəsi, bu və ya digər sahələrdə güzəştlər əldə etmələri təmin olunur. Ölkəmizin müxtəlif rayonlarında çoxmənzilli binalar tikilir, bu binalardakı mənzillər Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə verilir, onlar üçün avtomobillərin alınmasına görə, maliyyə vəsaiti ayırılır. Cənab Prezident İlham Əliyevin özünün dediyi kimi, Qarabağ əlillərinə, şəhid ailələrinə, veteranlara, torpaqlarımızın azadlığı uğrunda döyüşərək müharibədə sağlamlığını itirmiş şəxslərə Azərbaycan dövləti həmişə böyük qayğı göstərib". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.
Son illər bu sahədə daha böyük uğurların əldə edildiyini deyən A.Hüseynov onu qeyd edib ki, Qarabağ əlilləri üçün tikilmiş binaların həm xarici görünüşü, həm daxili tərtibatı müasir standartlara cavab verir: "Əlillərə, şəhid ailələrinə verilən mənzillər bütün zəruri avadanlıqlarla təchiz edilərək onlara verilir. Onların sosial durumlarının, maddi rifah halının yaxşılaşdırılması istiqamətində Cənab Prezidentin atdığı addımların analoqu yoxdur. Keçən il dövlət başçısı öz ad gününü də məcburi köçkünlərlə birlikdə qeyd etdi. Elə bu il də Prezident İlham Əliyev doğum gününü əlillərlə keçirib. Bir neçə gün öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında növbəyə durmuş şəxslərin dövlət rətəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat Fondundan Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə 5 milyon manat ayrıldı. Dövlət qurumlarının vəsaitləri hesabına onların müalicəsi aparılır, istirahətləri təmin edilir.
Bunları hər kəs görür. Təbii ki, bütün bunlar Cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi, bu sahədə də reallaşdırdığı məqsədyünlü siyasətin nəticəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB