Paytaxtın içməli su təminatında məhdudiyyət var. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonu Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığından keçən 500 mm diametrli magistral su xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar 27 dekabr 2013-cü il tarixində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB