"Cari ilin noyabr ayında "İsmayıllı EŞ"nin xidməti ərazisində keçirilən reydlər zamanı 20-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib". "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 77,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 4,6 min manatdan çox istehlak dəyəri bərpa edilib. Məlumata əsasən, cari ilin 11 ayı ərzində isə burada 290-a yaxın qayda pozuntusu faktı aşkar olunub: "Nəticədə 2 milyon 115,4 min kilovatsaata yaxın itirilən elektrik enerjisinin 126,9 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 61 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir".
Mənbə onu da bildirib ki, 2013-cü ilin noyabr ayında müəssisənin xidmət ərazisində 4,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib: "Nəticədə 2012-ci ilin eyni dövründəki göstəricilərlə müqayisədə istehlak 254 min kilovatsaata yaxın azalıb, ümumi ödəniş isə mütləq 10,7 faiz artıb. Daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 2,2 milyon kilovatsaatdan artıq, 488 min kilovatsaata yaxın və 5,4 faiz olub. Müəssisə üzrə cari ilin 11 ayı ərzində isə 44,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 725 min kilovatsaat çoxdur. 2012-ci ilin eyni dövrü ilə müqayisədə ödəniş isə mütləq 10 faizdən çox artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 25,1 milyon kilovatsaata yaxın olub. Nəticədə 2012-ci ilin müvafiq dörü ilə müqayisədə istehlak 1,4 milyon kilovatsaata yaxın azalıb, ödənişdə mütləq artım isə 9 faizə yaxın olub. Cari ilin son üç ayı ərzində müəssisənin xidməti ərazisində olan 10 kV-lik "Qafqaz", "Diyallı", "Quşçuluq", "Talıstan" və digər hava xətlərində aparılan təmir işləri zamanı 5,1 km-dən artıq naqil təmir edilib. Eyni zamanda rayon mərkəzində, Basqal qəsəbəsində, Sədiyan, Güyüm, Vəng, Əhən və digər kəndlərdə olan 0,4 KV-lik xətlərin isə 3,6 km-ə yaxın hissəsində təmir işləri həyata keçirilib. Şəbəkənin balansında olan 6 transformator məntəqəsində də nəzərdə tutulan müxtəlif təyinatlı təmir işləri yerinə yetirilib. Görülən işlərin nəticəsi olaraq elektrik enerjisinin tələbatçılara ötürülməsində heç bir çətinlik yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB