İmran Abdullayev: "Yeni il hədiyyələri ilə bağlı monitorinqlərə start verilib"
"Qurumumuz yeni il hədiyyələri (qida məhsulları) və oyuncaqları ilə əlaqədar olaraq monitorinqlərə start verib və bu 2014-cü ilin yanvar ayının 10-na kimi davam edəcək". Bu barədə SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib.
Onun sözlərinə görə, respublikanın bütün yerlərindən həm yeni il hədiyyələrinin (qida məhsulları), həm də yeni il oyuncaqlarının nümunələri Gigiyena və Epidemiologiya Mərkəzinin lobarotoriyalarına gətirilir: "Hazırda bu məhsullar üzərində monitorinqlər aparılır, onların son istifadə olunma müddətləri, təhlükəsizlik göstəriciləri yoxlanılır. Yaxın günlərdə nəticələr barədə məlumat veriləcək".
Şöbə müdiri deyib ki, məhsulların hansı ölkədən idxal olunmasının onun monitorinqlərə cəlb edilib-ediləməməsinə aidiyyatı yoxdur: "Əsas budur ki, Azərbaycana gətirilən məhsullar qanunvericiliklə müəyyən olunmuş standartlara cavab versin. Xaricdən gətirilən yeni il oyuncaqlarına Dövlət Gömrük Komitəsi nəzarət edir. Hazırda ölkədə yerli istehsal da çoxdur. Yerli istehsalda isə qablaşdırma önəmlidir. Respublikanın daxilində olan məhsullar sertifikatlaşdırıldıqdan və təhlükəsizlik göstəriciləri bizim tərəfimizdən müəyyən olunmuş üsullarla yoxlanıldıqdan sonra satışa buraxılır".
Qeyd edək ki, ötən il yeni il hədiyyələri (qida məhsulları) əsasən Rusiyadan və Ukraynadan idxal olunurdu. Cari ildə isə bu məhsulların Türkiyədən idxalı üstünlük təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB