Azərbaycan qaz hasilatını artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın mədənçıxarma sahəsində istehsalın həcmi 22,8 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrünün səviyyəsindən 1% çoxdur.

Sahənin əsas məhsulu olan xam neft hasilatı 39,5 mln. ton olmaqla 0,5%, əmtəəlik təbii qaz hasilatı isə 16,2 mlrd. kubmetr təşkil etməklə 2,7% artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə