“Bakıelektrikşəbəkə” ASC abonentlərə güzəş etmədi

" "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyəti dövründə debütor borcu yaranan abonentlərin elektrik enerjisi təchizatı bu gün saat 13:00-dan etibarən dayandırılacaq". Bu barədə SİA-ya açıqlamasında "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, borcu olan abonentlər arasında bağ evlərində yaşayanlar üstünlük təşkil edir: "Etdiyimiz xəbərdarlıq nəticəsindən son 2-3 gündə debütor borclarının ödənilməsində sürətlənmə müşahidə olunur. Hazırda ödəmələr davam etdiyindən, ödənilən məbləğlərin miqdarını təyin etmək mümkün deyil. Bəzi abonentlər isə "Bakıelektrikşəbəkə"dən 21-22 dekabrın tarixlərinə qədər vaxt istəyiblər. İnanıram ki, yeni ilə qədər borclu abonentimiz qalmayacaq".

Qeyd edək ki, "Bakıelektrikşəbəkə" ASC tərəfindən 18 dekabrda edilən xəbərdarlığa əsasən, elektrik enerjisindən istifadə ilə bağlı yaranan borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol verən şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindənçox ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunan elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, "Bakıelektrikşəbəkə" ASC-nin ödəmə məntəqələrində, həmçinin internet saytımız (www.bes.az) vasitəsilə "onlayn" olaraq həyata keçirilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə