İqtisadiyyat və sənaye naziri Tərtərdə vətəndaşları qəbul edəcək
Dekabrın 21-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tərtərdə Ağdam, Goranboy və Tərtər rayonlarından olan vətəndaşları qəbul edəcək. İqtisadiyyat və Sənaye Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Tərtər Rayon Gənclər Mərkəzində (Ünvan: Tərtər rayonu, Heydər Əliyev prospekti, 2) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Yuxarı Qarabağ regional bölməsi (Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, əlaqələndirici şəxs Aslan Aslanov, əlaqə telefonu: (050) 235-01-06, (02631) 5-50-01, faks: (02631) 5-50-01, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılan "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB