Bu gün "Şahdəniz-2" layihəsi üzrə sənədin imzalanma mərasimi keçiriləcək
Bu gündən başlayaraq dekabr ayının18-dək paytaxt Bakıda "Şahdəniz-2" layihəsi üzrə sənədin imzalanma mərasiminin keçirilməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, tədbirdə Monteneqro, Albaniya, Türkiyə, Xorvatiya, Yunanıstan, İtaliya, Böyük Britaniya, Bolqarıstan, ABŞ, Gürcüstan və digər ölkələrin, eləcə də Avropa Komissiyası və "bp" şirkətinin yüksək vəzifəli rəsmi nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, ötən gündən etibarən qonaqların qarşılanması və yerləşdirilməsi işinə başlanılıb. Tədbirin "Fairmont", "Absheron Mariott", "Four Seasons" hotelləri və onların yerləşdiyi ərazilər, eləcə də Heydər Əliyev Mərkəzi və Bayraq Meydanı istiqamətində keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB