“Excelsior Hotel Baku” otelində 31 dekabr tarixində Yeni il tədbiri keçiriləcək
31 dekabr 2013-cü il tarixində "Excelsior Hotel Baku" otelinin "Afurja" zalında "Yeni il" tədbiri keçiriləcək. Müğənni Mir Yusifin, Türkiyədən Haluk Ulu və onun orkestrinin ifa edəcəyi həzin, canlı musiqi sədaları altında ləziz şam yeməyi, əyləncəli şou proqram, rəqslər, sehirbaz və lotoreya hər bir kəsdə yüksək Yeni il əhval ruhiyyəsi yaradacaq.
Yeni il tədbirində iştirak edən qonaqların "Excelsior Hotel Baku" otelindən dəyərli hədiyyələr qazanmaq şansı olacaq. Şən və unudulmaz diskoteka səhərədək davam edəcək.
Qeyd edək ki, biletlərin qiyməti 120 AZN-dən başlayır, qiymətə zəngin şam yeməyi və limitsiz içkilər daxildir. Qonaqlara bayram təklifi olaraq 90 AZN-dən başlayan qiymətlərlə "Excelsior Hotel Baku" otelində qalmaq fürsəti təklif olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB