Təsərrüfatlarda payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, cari il dekabr ayının 1-i vəziyyətinə 934,8 min hektar sahədə payızlıq bitkilər, o cümlədən 918,3 min hektarda dən üçün payızlıq bitkilər səpilib.
Dən üçün payızlıq bitkilərin 616,7 min hektarını (67,2 faizi) buğda, 301,6 min hektarını (32,8 faizini) isə arpa təşkil edib.
2012-ci ilin müvafiq dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin əkin sahəsi 3,2 faiz, o cümlədən arpanın əkin sahəsi 11,4 faiz artıb, buğdanın əkin sahəsi isə 0,4 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB