Namiq Xəlilov: "Narazılıqların yaranmasına səbəb əsassız olaraq daha yüksək ödənişin tələb olunmasıdır"

Namiq Xəlilov: "Narazılıqların yaranmasına səbəb əsassız olaraq daha yüksək ödənişin tələb olunmasıdır"

"Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin ödənişlərin həyata keçirilməsi və bu sahədə onların düzgünlüyünə nəzarət edir. Ödənişlərin səviyyəsi bir neçə, o cümlədən subyektiv amillərdən asılıdır və bu səbəbdən hər hansı şirkətdə ödənişlərin kiçik olması bu şirkətin ödənişlərin həyata keçirməsindən boyun qaçırması kimi qiymətləndirilə bilməz". SİA-nın xəbərinə görə, jurnalistlərə Azərbaycandakı bəzi sığorta şirkətlərində ödənişlərin aşağı səviyyədə olması məsələsini şərh edərkən Xidmət rəisi Namiq Xəlilov belə deyib.

Onun sözlərinə görə, sığorta ödənişlərinin həcmi sığorta yığımları portfelinin strukturundan da asılıdır: "Çünki bəzi sığorta növləri üzrə ödənişlərdə təqvim amili də mövcuddur. Məsələn, həyat sığortası, səhhətə ziyanın dəyməsindən sığortalama kimi sığorta növlərində ödənişlər çox hallarda növbəti ilə keçir və bu səbəbdən də bu ödənişlərin həmin ildəki yığımlara nisbətini əsas kimi götürmək düzgün deyil. Araşdırılan bir çox hallarda sığortalılar əsassız olaraq daha yüksək ödənişin alınacağını gözləyir və tələb edirlər, nəticədə, narazılıq yaranır. Bu cür məsələlərin həll edilməsi üçün müştərilər məhkəmə instansiyalarına müraciət edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə