Beyləqanın enerji təchizatında payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb

Beyləqanın enerji təchizatında payız-qış mövsümünə hazırlıq işləri başa çatdırılıb

Beyləqanın elektrik enerjisi təchizatı sistemində payız-qış mövsümünə hazırlıq işləri əsasən başa çatdırılıb. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, hazırda elektrik şəbəkəsinin təmirçilər briqadası xətt və yarımstansiyalarda zəruri profilaktik tədbirləri həyata keçirirlər.

Mövsümə hazırlıq üzrə tədbirlər planına uyğun olaraq həyata keçirilən yenidənqurma və müxtəlif təyinatlı təmir işləri rayonun elektrik təsərrüfatının dayanıqlığını daha da möhkəmləndirilib. Müəssisə üzrə cari ilin oktyabr ayında ümumilikdə 8,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib. Bu da ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 1,1 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütlər 10 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 530 min kilovatsaata yaxın artaraq 2,6 milyon kilovatsaatdan artıq olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım 15 faizə yaxın olub.

Məlumatda bildirilib ki, cari ilin 10 ayı ərzində isə ümumilikdə 93,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilib ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 2,7 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 6,1 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki istehlakla müqayisədə 9 faizə yaxın artaraq 31,2 milyon kilovatsaata yaxın olub. Ödənişdə mütləq artım isə 6 faizdən artıq olub.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin oktyabr ayında burada keçirilmiş reydlər zamanı 270 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 641,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 38,5 min manata yaxın istehlak dəyəri bərpa edilib. 2013-cü ilin 10 ayı ərzində isə müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 1220-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb, 2 milyon 732,5 min kilovatsaatdan artıq itirilən elektrik enerjisinin 164 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 63 faizə yaxın hissəsinin ödənişi hesabat ayında təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə